Nazir: "Bəzi universitetlərdə akademik nəticələr daha yüksək, işəgötürmə faizi isə aşağıdır"

İyun ayında ali təhsil müəssisələrinin reytinq siyahısı açıqlanır. Yəni, bu il gələn il üçün reytinqlər məlum olur.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın bəzi universitetlərində akademik nəticələr daha yüksək, işəgötürmə faizi isə aşağıdır, digər universitetlərdə bu göstəricilər əksinədir: "Məsələn, akademik nəticələr digərinə nisbətdə az olsa da, həmin universitetin reytinq siyahısına düşməsi işəgötürmə və s. hallara görə olub. Çox da detallara getmək istəmirəm. Bizim də reytinq məsələsində özümüzə məxsus problemlərimiz var. Çünki Azərbaycandakı universitetlər dar sahə üzrə fəaliyyət göstərdikləri üçün onların reytinqə düşməsi çətindir".