"Tədrisin beynəlxalq dildə aparılması şərtdir" 

"Tədrisin beynəlxalq dildə aparılması da şərtdir"
Bu barədə universitetlərin reytinqi ilə bağlı danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə,  universitetlərin dünya reytinqində yer alması üçün bir neçə kriteriya var.  
Ekspertin fikrincə, dünya universitetlərinin reytinqinə düşmək üçün ali təhsil müəssisələrində çalışan şəxslərin tədqiqatları və onlara edilən istinadlar nəzərə alınır:

 “Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq aləmlə işləmək təcrübəsi yoxdur. Azərbaycanın 51 ali təhsil müəssisəsində 6 min xaricdən tələbə var. 

Sinqapurun iki universitetində bundan dəfələrlə çox əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin xarici ölkələrdə universitetlərə marağı həmin təhsil ocağının reytinqindən xəbər verir. 

Hesab edirəm ki, universitetlərin dünya reytinqinə yüksəlməsi üçün xaricidilli elektron kitabxana bazasının olması, tədrisin beynəlxalq dildə aparılması da şərtdir. 

Azərbaycanda isə hələki bu kriteriyalara ADA Universiteti cavab verir. Çox təəssüf ki, Azərbaycanda universitetlərin heç birinin  inkişaf planı yoxdur. Universitetlər bu istiqamətdə çalışmalıdır. Hər univeristetin inkişaf planı olmalıdır”.