"Heydər Əliyev ili"nə həsr olunmuş tədbir... 

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində keçirilən tədbirlər davam edir. Sherg.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəb də bu siyahıya aiddir. Məktəbin  tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdləri "Ulu öndərin yolu ilə" şüarı altında aylıq plana uyğun olaraq ardıcıl tədbirlər keçirirlər. 
İlin ilk tədbiri 19.01.2023-cü il tarixində keçirilmiş, aylıq plana uyğun olaraq görüləcək işlər barədə məlumat verilmiş, şagirdlər arasında iş bölgüsü aparılmışdır.  


 
20.02.2023-cü il tarixində 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdlərinin iştirakı ilə Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans keçirilmişdir. 
Üçüncü aylıq plana uyğun olaraq 27.03.2023-cü il tarixində növbəti konfrans keçirilmişdir. Azərbaycanın böyük oğlu, ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə, adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan söhbət aparılmışdır. 
Keçirilən tədbirlərin dördüncüsü 20.04.2023-cü il tarixinə aiddir. Sözügedən tarixdə "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu kimi" mövzusunda konfrans keçirilmişdir. Xb sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin prezidentlik dövründə gördüyü işlər, atdığı əhəmiyyətli addımlar barəsində müzakirələr aparılmışdır. Nigar Məmmədova Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının qurucusu kimi millətinə, dövlətinə göstərdiyi yüksək səviyyəli xidmətlərini xatırladaraq ,saymaqla bitməyən faydaları haqqında konfrans iştirakçılarına maraqlı faktlar əsasında məlumatlar verərək müzakirələr  aparmışlar. Şakirdlər öz növbəsində Ümummilli lider Heydər Əliyev haqqında əldə etdikləri bilgiləri təqdim etmişlər.
Xb sinif şagirdlərinin iştirakı ilə keçirilən konfransda məktəb rəhbərliyi, fənn müəllimləri və digər sinif şagirdləri də iştirak etmişlər.