Təhsildə monitorinq vacibdir! – Bəzi direktorlar qanunu “çeynəyirlər” – CƏZA!


“Təhsil prossesinin daha şəffaf və ideal həyata keçirilməsi üçün monitorinqlər arzuolunandır”. Bunu “Sherg.az”a təhsil üzrə ekspert Elçin Əfəndi 18 məktəb direktoru, 14 bağça müdirinin işdən azad edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müvafiq istiqamətlər üzrə nəzarət həyata keçirilməlidir:
“Ölkəmizdə 4440-dan çox təhsil müəssisəsi fəaliyyət göstərir. Burda, əlbəttə, hər zaman nəzarət tələb olunur. Bəzi məktəblərə təəssüf ki, direktor təyin olunmayub. Düşünürəm ki, həmin ərazilərdə direktorların işə qəbulu həyata keçirilib, təyinat verilməlidir. Ancaq mövcud vəziyyətə baxsaq, uzun müddətli işləyən direktorlar var ki, fəaliyyətlərində bir çox nöqsana rast gəlinir.

 Tədris-pedaqoji sənədləri düzgün tərtib olunmur. Əmək müqavilələrində pozuntu halları olur. Elə məktəb direktoru var ki, müəyyən şəxsləri işə götürmək adı altında  əmək haqlarını mənimsəyirlər. Bəzilərinin isə prosesdən xəbəri yoxdur. Qeyri-qanuni görülən işlər məhz həmin məktəb dirktorlarının əmək məcəlləsinə xitam verilməsi ilə nəticələnir. Bu kimi addımlar intensivləşdirilməlidir. Qanunsuzluğa yer verən şəxslər vəzifəsindən azad edilməlidir ki, təhsildə qanunsuzluq etmək istəyənlər görüb nəticə çıxarsın. Nəticə etibarı ilə bu, sağlam mühitin formalaşmasına xidmət edə bilər. Prosses tam şəkildə təhsil müəssisələrini əhatə etdikdə, düşünürəm ki, yüksək effek əldə edə bilərik”.

Ekspert son olaraq onu da qeyd edib ki, qanunsuzluq edən şəxsləri təhsildən uzaqlaşdırmaq vacibdir:
“Çünki qeyri-qanuni işlər edən, qanunu təbliğ edə bilməz. Daha ciddi və məsuliyyətli şəxsləri prossesə cəlb etməliyik. 
Şərqiyyə Nəbi