Süni zəka uşaqlara oxumaq-yazmaq öyrədəcək

Bill Geyts layihəyə 10 milyon dollarlıq investisiya qoyub

  “Microsoft”un qurucusu Bill Geyts 10 milyon dollarlıq investisiya qoyuluşu sayəsində ərsəyə gəlmiş süni zəka robotu “ChatGPT”in yaxın zamanda uşaqlara dərs verə biləcəyini açıqlayıb. “NTV.com.tr” xəbər verir ki, Bil Geyts süni zəka robotunun hazırda təlim-tədrislə məşğul olan müəllimlərlə eyni səviyyədə çalışacağını və 18 ay içərisində uşaqlara oxumaq-yazmaq öyrədəcəyini deyib. 67 yaşlı milyonçu bu robotları  “söhbət robotları” adlandırıb və deyib ki, onlar xüsusilə kasıb ölkələrdə uşaqların təhsil almasına yardım edəcəklər. ABŞ-nin San-Diyeqo əyalətində keçirilən ASU+GSV Zirvə görüşünə qatılan B.Geyts süni zəkalı “söhbət robotları”nın hər hansı bir insanın bacardığı qədər çox yaxşı müəllim olmaq bacarığına malikdirlər. Qeyd edək ki, “Microsoft”un ChatGPT və Google birgə ərsəyə gətirdiyi “Bard” süni zəkalı “söhbət robotları” son aylarda daha da təkmilləşdirilib və artıq insan zəkasıyla rəqabət apara bilir. Süni intellekt robotları  insanlar kimi müəyyən bir dili tanımaq bacarığına sahibdir. B.Geyts bu robotların şagirdlər üçün motivasiya mənbyi olacağına inanır. B.Geyts hesab edir ki, “söhbət robotları” şagirdlərə özəl dərslər almaq üçün daha faydalı və əlçatan olacaq.