ADU qapılarını yenə şagirdlərin üzünə açdı - FOTO

Azərbaycan Dillər Universiteti öz qapılarını yenə şagirdlərin üzünə açdı. Bu, universitetdə adətdir, ənənədir, iş rejiminin bir hissəsidir. 


Bu barədə ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı öz Feysbuk hesabında bildirib. O yazır: 
 "Bakıdan, Ağdamdan, Füzulidən, Şamaxıdan, Cocuq Mərcanlıdan, Biləsuvardan şagirdlər konfransda çıxış etdilər, universiteti gəzdilər.  Tələbələrimiz onların konfrans çıxışlarına rəhbərlik etdilər. 


Gözəl mənzərə idi. Sonda Azərbaycan Dillər Universiteti ilə səkkiz məktəb arasında əməkdaşlıqla bağlı müqavilə imzalandı. 
Sizə deyim ki, çox ağıllı tələbələr və şagirdlər yetişir. Özlərini rahat ifadə edirlər, universitet müəllimləri və tələbələr qarşısında sərbəst çıxış edirlər. Bu zəkalı, ağıllı uşaqlar beş il sonra, on il sonra cəmiyyətin mənəvi iqliminə çox ciddi təsir edəcəklər. "Tiktok" tərbiyəsi mütləq sıxışdırılacaq. 

Bizim borcumuz bu ağıllı uşaqları daha çox təbliğ etmək, sevindirmək, gələcəyə fərəhləndirməkdir. 
ADU-nun ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi tələbə-şagird konfransı xatirələrdə belə gözəl fotolarla əbədiləşdi".