Direktorlar üçün  təlimlər davam edir - FOTOLAR

Qarabağ Regional Təhsil İdarəsi tərəfindən yeni təyin olunmuş direktorlar üçün  təlimlər davam edir.
"Sherg.az" xəbər verir ki, təlimdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov yeni təyin olunmuş direktorlara şəffaf tədris mühitinin yaradılması, vətəndaş məmnunluğu və digər müvafiq mövzular ilə bağlı tövsiyələrini verib. 
Daha sonra idarənin digər əməkdaşları  təhsil qanunvericiliyi, müasir təlim nəzəriyyəsi , kargüzarlıq, sənədlərlə iş və digər müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.
Sonda direktorları  maraqlandıran suallara aydınlıq gətirilib.