Deputat naziri  DƏSTƏKLƏDİ:“Vaxt düzgün seçilərsə, təhsilin səviyyəsi...”

"Tədris ilinin sentyabrın 1-dən başlaması Azərbaycan ictimaiyyətinin  gündəmində aktual olaraq, qalmaqdadır". 
Bunu "Sherg.az"a millət vəkili Fazil Mustafa Elm və təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-dən başlaması barədə fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, E. Əmrullayev cəmiyyətin rəyini, istəklərini nəzərə alaraq, belə bir fikir səsləndirib:

"İctimai dəstəyə ehtiyac var. Hər kəs belə bir qərarın tətbiqinə çalışmalı, hazırki istiqamətin yanlış olduğunu qəbul etməlidir. Ona görə də birmənalı şəkildə hörmətli E.Əmrullayevin təşəbbüsünü, istəyini dəstəkləyirəm. 

Cəmiyyəti də bu mövzuya daha həssas yanaşmağa, ciddi şəkildə kampaniyaya qoşulmağa, bu fikirlərin işıqlandırılmasına səsləyirəm. 

Çünki təhsilin keyfiyyətini bir günə artırmaq mümkün  deyil. Zaman tələb olunur. Vaxt düzgün seçilərsə, təhsilin də səviyyəsinə mütləq öz təsirini göstərəcək, həmçinin inkişafına fayda verəcək".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev ötənlərdə keçirilən brifinqdə tədris ili ilə bağlı yeni təklif irəli sürüb. O bildirib ki, tədris ilinin sentyabrın 1-dən başlaması daha məqsədəuyğundur.