14 iyun 2022-2023-cü tədris ilində orta məktəblərdə təhsil alan 1.707.279 şagirddən 98.649 nəfəri XI sinfi bitirib, məzun olub.
Bu gün "Son Zəng"i çalınan məzunlar arasında bəzi jurnalistlərin, ictimiayyətə açıq, tanınmış simaların övladları, yaxınları da var.
"Sherg.az" həmin şəxslərin övladları ilə fotolarını təqdim edir:
MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova oğlu ilə foto paylaşaraq, yazıb:
"Məzun olduq!".
Tanınmış teleaparıcı Lalə Azərtaşın qızı Gülarə də 2023 məzunları sırasındadır:
Gülarəmlə İlk zəng və Son zəng günlərimiz... 11 ilə çox şey dəyişib... Növbəti 11 il üçün də yaxşıca bünövrə qoyulub... Sizinlə birlikdə göydələn tikəcəyik bu bünövrə üstündə... Hər daşı daş üstə qoyunca Azərbaycan adlı məmləkətlə döyünəcək ürəklərimiz... Hər birinizi bagrima basır, yolunuz açıq olsun deyirəm, Əziz balalarım...
ELTV ARAN-nın baş redaktoru İqbal Məmmədəliyevin oğlu üçün də "Son Zəng" çalınıb. O, sosial şəbəkədə yazıb:
"Vamiq İqbaloğlu bu gün məzun oldu. Qəribə hisslər keçirdim... Bütün məzunlara uğurlar arzulayıram".
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülnur Niftəli Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub. O, Feysbuk sosial şəbəkəsində oğlu ilə foto paylaşıb:
"Məzun valideyni olduq, tələbə valideyni olmağa namizədik artıq. Qızım, ilkim Gülnur Niftəli Akademik Zərifə Əliyeva adına liseyin məzunu oldu. 13 il öncə bu təhsil ocağının ilk məzun gecəsinin aparıcı olmuşdum. Bu gün isə məzun valideyni kimi həm çıxış, həm də səhnədə maraqlı bir rəqs etdik. Bu bir daha göstərir ki, biz övladlarımızın bütün qərarlarında onların yanındayıq və hər zaman da belə olacaq. Bütün məzun valideynlərinə tələbə sevinci yaşamağı arzu edirəm!".
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədli də məzun olub. Q.İbrahimoğlu "Feysbuk hesabında övladının fotosunu paylaşaraq, ürək sözlərini yazıb:
"11 illik məktəb həyatının sonuncu günü. Qızım Nərgiz başqa olmaqla builki məzunların hər birini təbrik edirəm. Yolunuz açıq olsun".
Jurnalist Elnurə Abuşovanın qızı Ülkər Pirməmmədova da məzunlar sırasındadır:
Jurnalist Könül Ayparanın qızı məktəbi bitirib. Qızının şəkillərini öz sosial şəbəkəsində paylaşıb:
"Bu gün mənim gözümün ağı-qarası olan qızım da məzun oldu. Məktəbi bitirdi və həyatın qayğılı günlərinə atıldı... Birinci sinfə atası ilə qədəm basdı... amma qəzavü-qədər imkan vermədi ki, "Son Zəng"i bitirəndə yanında olsun... Bununla belə, qızım, mən yanındayam. Hər zaman, hər an! Hər nə olursa-olsun, səninləyəm! Sən də atana layiq övlad ol! Onun səninlə bağlı bütün arzularını yerinə yetir Təbrik edirəm, mənə heç bir mənada oxşamayan balam".
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzanın oğlu üçün də "Son Zəng" çalınıb.
"Yolun açıq olsun, oğlum".
Modern.az saytının əməkdaşı Elmar Hüseynovun isə qardaşı – Murad məzun oldu.
Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli də "Son Zəng" günü ilə bağlı paylaşım edib:
"Zeynəb xanımın məzun günü..."
Nəqliyyat eksperti Ərşad Hüseynovun qızı da məzun olub. Mütəxəssis sosial şəbəkədə övladı ilə foto paylaşıb, ürək sözlərini bildirib.