Təhsilimizdəki problemlər aradan qalxacaq?

"Elm və təhsil naziri Emin Əmrullayevin ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə göstərdiyi statistik rəqəmlərlə yaxından tanış olduq". 

Bunu "Sherg.az"a təhsil eksperti Adil Vəliyev deyib. O diqqətə çatdırıb ki, əvvəllər Müəllimlərin İşə Qəbulu (MİQ), yaxud da sertifikasiya imtahanı keçirilmirdi:

"Təhsilverənlər ancaq yerli icra orqanları vasitəsilə və yaxud kimlərinsə tapşırığı ilə məktəblərdə işə düzəlirdilər. Həmçinin direktorlar da kimlərinsə yardımı ilə bu vəzifəyə təyin olunurdu.  Artıq sertifikasiya imtahanının nəticələrinə görə, onların maaşları arta və ya azala bilər. Nazirin ötən gün göstərdiyi statistikaya baxdıqdan sonra növbəti planlar haqqında danışanda da yaxın gələcəkdə təhsilimizin kökündə olan problemlərin aradan qalxacağına ümid edirik".

Qeyd edək ki, iyulun 6-da Elm və təhsil naziri Emin Əmrullayevin ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü təşkil olunub. Nazir çıxışında bildirib ki, imtahanlarda 38 min müəllim iştirak edib:
"İbtidai sinif müəllimlərinin 35 faizinin təkmilləşməyə ehtiyacı var. Onlar 0-29 bal toplayıblar".