Nazir "pambıqla baş kəsir"  - Əmrullayevə hücum kampaniyasının səbəbləri...

"Emin Əmrullayev elm və təhsil naziri təyin olunanda bir post paylaşıb, təyinatın əla olduğunu yazdım".

Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, həmin vaxta qədər Emin müəllimlə bir neçə dəfə efirlərdə üz-üzə gəlmişdik, münasibətimiz yaranmışdı, danışırdıq və fikirlərimiz üst-üstə düşürdü:

"Görürdüm ki, o adam konkret şəkildə təhsildə iş görməyə çalışır. E.Əmrullayev ilk illərdə deyilənləri edə bilməsə də, artıq görünür, nəzərdə tutduğu məsələlərin həllinə fokuslanıb. Bu da bəzi şəxslərin ürəyincə deyil. El dili ilə desək, nazir "pambıqla baş kəsmək" prinsipinə əməl edir. 
Qanun çərçivəsində təhsil idarəetməsindəki naşı şəxsləri tədricən sıradan çıxarır. Bu, hər şeyin ideal vəziyyətdə olduğu anlamına gəlmir. Təbii ki, nazirliyin də, nazirin də çatışmayan bəzi tərəfləri var. Nazirliyin yanındakı ictimai qurumlar cəmiyyətlə nazirlik arasında müvafiq münasibətləri tənzimləməlidirlər. Amma görünür, E.Əmrullayevin yüksək nüfuz qazanıb. Ona görə də artıq quruma təyin olunan şəxslər də nazirin mövqeyindən çıxış edirlər. Bu da bəzilərini qıcıqlandırır və nazirliyə, nazirə qarşı hücum kampaniyası aparırlar. Lakin nazirlik təhsil sahəsində əməli addımlar atır. Biz də əməli addımların məntiqi nəticəsini görə bilmək üçün imkan yaratmalıyıq".