Şagirdlərin dərsə smartfon aparır: Yeni qanuna qəbul ediləcək?

Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulmasını təklif edən qanunu təsdiqləyib.
 Bu barədə Senatın saytında məlumat yerləşdirilib.
Qanun orta təhsil müəssisələrində mobil rabitə vasitəsindən istifadə qaydalarının təsdiq edilməsini, zorakılığı təşviq edən, intihara sövq edən və ya dini xarakter daşıyan məlumatların təhsil müəssisələrində yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
Azərbaycanda da bu məsələ öz aktuallığını qorumaqdadır. Ölkədə belə bir qanuna ehtiyac varmı?

Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a açıqlamasında söyləyib ki, Qazaxıstanda bu istiqamətdə qərarın verilməsi birmənalı qarşılanmamalıdır:
"Çünki hazırda dünyanın çox ölkəsində bu problem mövcuddur. Düşünürəm ki, smartfonların təhsil müəssələrində auditoriyalara danışnmasının qarşısını almaq zəruri hala çevrilib. Qazaxıstanda tətbiq olunan qərarın Azərbaycanda da tətbiq olunması illərdir müzakirə mövzusudur və hətta pilot layihə olaraq icrasına başlanılıb. Ölkədəki bəzi tədris ocaqlarında layihə çərçivəsində telefonlar yığılır və yalnız şagirdlər dərsdən çıxdıqdan sonra həmin telefonları götürə bilirlər". 

Ekspert problemin həlli üçün qanunun qəbul edilməsinə ehtiyac olmadığını vurğulayıb:
"Hesab edirəm ki, hər hansı bir qadağanın olması barədə qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Sadəcə valideynlər, şagirdlər arasında təbliğat və maarifləndirmə işləri aparmaq lazımdır. Yəni sivil yolla problemin həlli mümkündür. Gələcəkdə vəziyyət daha da pisləşərsə, qanun barəsində düşünmək olar. Uşaqların dərs zamanı videolar çəkib, görüntüləri yayması heçdə xoşa gələn hadisə deyil. Şagirdlər dərsin gedişatını pozmamalı və fikirlərini dərsə verməlidirlər".