Emin Əmrullayev: Doktorantura təhsilində köklü dəyişikliyin tərəfdarıyıq

Qanunvericilikdə müvafiq dəyişiklik olsa, doktorantura təhsili ikipilləli sistemdən birpilləli sistemə keçirilə bilər.
Sherg.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz nazirlik olaraq doktorantura təhsilində köklü dəyişiklik edilməsinin tərəfdarıyıq", - deyə o qeyd edib.