Ekspert: Lisey və gimnaziyaların üstünlükləri çoxdur
10:40 06.08.2025
Elm və Təhsil
520
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, "İmtahanlar" bölməsində yerləşən "Lisey seçimi" hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər office@arti.edu.azelektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
Təhsil eksperti Cahid İmanlı “Sherg.az”a bildirdi ki, lisey və gimnaziyaların üstünlükləri çoxdur:
“Burada təhsil proqramları daha dərin və geniş olur, fənlər üzrə ixtisaslaşma imkanı verilir. Məsələn ayrıca olaraq təbiət, riyaziyyat, dil yönümlü liseylər fəaliyyət göstərir. Bu məktəblərə adətən təcrübəli və yüksək ixtisaslı müəllimlər cəlb olunur, müəllimlərə daha yüksək əmək haqqı verildiyi üçün onlardan bunun müqabilində nəticə də tələb olunur. Ən əsası liseylərə qəbul imtahanla olduğu üçün bir qayda olaraq savadlı şagirdlər seçilir və belə mühitdə sağlam rəqabət və oxumaq motivasiyası da güclü olur. Daha sonra liseylərdə disiplin güclü olur, burada şagirdlərin inkişafının daimi monitorinqi keçirilir, dərsdən kənar məşgələlərlə onların inkişafına dəstək olunur, şagirdlərin dərsdən yayınma halları baş vermir. Bəzi liseylərdə beynəlxalq proqramlar da (lB, STEM və s.) keçirlir ki, bu da əlavə bir üstünlükdür. Məhz bu faktorlara görə də lisey və gimnaziya məzunlarının beynəlxalq və ölkə daxilindəki imtahanlarda göstəriciləri yüksək olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq