6 yaşı tamam olmamış uşaqların 1-ci sinifə qəbulu mümkün deyil
12:18 28.04.2023
Elm və Təhsil
4724
Bunu nə sistem, nə də mövcud qanunvericilik qəbul edir
“6 yaşı tamam olmamış uşaqlar birinci sinfə qəbul prosesində iştirak edə bilməz”.
Bu sözləri ”Təhsil masa”sında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
“Təhsil haqqında” qanunda edilən müvafiq dəyişikliyi xatırladan O. Abbasovun sözlərinə görə, bu dəyişiklik kiçik bir anlaşılmazlığın qarşısını alıb: “Artıq bir neçə ildir ki, birinci sinfə məhz il ərzində 6 yaşı tamam olmuş uşaqlar gedə bilir. Bu da o deməkdir ki, 2017-ci ildə dünyaya gəlmiş uşaqlar bu il birinci sinfə gedəcəklər. Bu yaşdan kiçik olan uşaqların birinci sinfə getməsi qanunaziddir. 7-8 yaşından yuxarı uşaqlar da olur ki, onlar müxtəlif səbəblərdən təhsil almağa gecikirlər. Həmin uşaqlar fərdi təhsilə cəlb olunurlar".
O qeyd edib ki, 5 yaşında uşaqların hər hansı bir istedadı olsa belə, birinci sinfə gedə bilməz: “5 yaşında uşaqlar yalnız məktəbəhazırlıq qruplarına qəbul oluna bilərlər, bu proses isə cari ilin avqust ayında başlayacaq. Mayın 11-dən isə 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək”.
Şöbə müdirinin müavini onu da qeyd edib ki, övladı məktəbəhazırlıq qrupuna gedənlər üçün sonradan məktəbi dəyişmək riskli ola bilər. Yəni məktəb dəyişimində müəyyən risk var: “Təbii ki, bu, valideynlərin şəxsi seçimidir. Bütövlükdə heç bir halda məktəbyaşlı uşaq təhsildən kənarda qala bilməz. Çünki ölkədə ümumi orta təhsil icbaridir”. Nazirlik rəsmisinin sözlərinə görə, bu il birinci sinfə qəbul prosesində bir sıra yeniliklər edilib: “Belə ki, əvvəl vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə qeyd edirdi. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir. Yəni vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa sistemdə görünür”.
Təhsil eksperti Elçin Əfəndi isə “Sherg.az”a açıqlamasında deyib ki, yalnız xüsusi istedadlı uşaqların imtahan verərək yaşından əvvəl birinci sinfə qəbuluna icazə var:
“Azərbaycanda ümumtəhsil müəssisələrinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş, həmin ilin sentyabr ayının 15-nə kimi 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Qanunvericiliyin tələbinə görə, 5-6 yaş aralığında olan uşaqlar yalnız məktəbəqədər hazırlıq qruplarına gedə bilər. 6 yaşı tamam olmamış şəxslərin 1-ci sinfə qəbulu mümkün deyil. Bunu nə sistem, nə də mövcud qanunvericilik qəbul edir. 6 yaşı 16 sentyabr-31 dekabr müddətində tamam olan uşaqların I sinfə qəbulu isə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Bu qaydalara əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə yüksəkixtisaslı və təcrübəli mütəxəssislərin, yəni ibtidai sinif müəllimi, həkim, psixoloq, metodistlərdən ibarət komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır. Zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini qiymətləndirib onun vaxtından əvvəl birinci sinifə qəbulu barədə qərar verilir”.
Qeyd edək ki, əvvəllər orta ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları olmadığından 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm