Bakı məktəblərində davamiyyət necədir? – Rəsmi
13:59 06.12.2023
Elm və Təhsil
716
Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.
Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib:
“Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər.
Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslərin 14 gün müddətinə distant formada keçirilməsi ilə bağlı qərar verilib. Analoji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm