BDU nüfuzlu reytinq siyahısında Azərbaycan ali məktəbləri arasında yenə birincidir
Banuçiçək Kalbalıyeva
12:20 16.05.2020
Elm və Təhsil
1244
Nüfuzlu Beynəlxaq Reytinq Agentliyi RUR (Round University Ranking) 2020-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb.
Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, RUR-un müxtəlif ölkələrdən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib. Siyahıda 702-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti Azərbaycan ali məktəbləri arasında yenə birincidir. Azərbaycan Memarlıq və İnşaat universiteti 760-cı, Azərbaycan Dövlət İqtisad Universiteti isə 807-ci sırada yer alıb.
Beynəlxalq RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə səviyyəsi (10%) və maliyyə dayanıqlılığı səviyyəsi (10%) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.
Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısına 2013-cü ildən, Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildən, Azərbaycan Dövlət İqtisad Universiteti isə 2020-ci ildən daxil edilir.
Beynəlxalq RUR Agentliyinin reytinq siyahısı haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya