Birinci qrupa 200 bal... - “Keçid ballarının aşağı salınması yaxşı hal deyil”
Fidan Həmişəyeva
09:47 26.08.2021
Elm və Təhsil
1143
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 1-ci ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 10 mindən yuxarıdır.
Onun sözlərinə görə, bu qrupda 200 bal toplayanların hamısının ali məktəblərə qəbul olma şansı var:
“Əgər abituriyentlər düzgün ixtisas seçimi etsələr, ali məktəblərə qəbul olunacaqlar”.
M.Abbaszadə həmçinin 2-ci və 3-cü ixtisas qrupu üzrə ödənişsiz yerlərin sayının artacağını da qeyd edib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elşən Ramizoğlu bildirib ki, keçid ballarının ifrat dərəcədə enməsi heç də yaxşı hal deyil:
“Biz də istəyirik ali məktəbə qəbul olmaq istəyənlər öz arzularına çatsın. Ancaq məqsədsiz ali məktəbə daxil olmaq heç də uğurlu olmur.
Bilirsiniz, bəzən ixtisas seçərkən əmək bazarının tələbatını fikirləşmirik. 200 bal toplayan hansısa bir ixtisası seçdi, qəbul oldu, bununla da məsələ bitdi? 4 ildən sonra ali məktəbi bitirib gələcək, bəs iş prosesi?
İnsan istəmədiyi ixtisası seçəndə, ali məktəbə qəbul olmaq xətrinə tələbə olanda, sabah o ixtisası üzrə sevərək işləməyəcək. Türkiyədə ali məktəbə qəbul olunmaq asandır, ancaq bitirmək çətindir.
Ancaq bizdə daxil olmaq daha çətindir. Buna görə də bu istiqamətdə keçid ballarının düşməsi, 200 bal toplayanların hər birinin qəbul olunmaq şansının olmasını doğru saymıram. Buna güzəşt desək belə, bu, doğru yanaşma deyil.
2-ci qrup üzrə kifayət qədər tələbata uyğun ixtisaslar var, burada ödənişsiz yerlərin sayının çox olması yaxşı haldır. Bəzən elə şəxslər olur ki, təhsil haqqına görə oxuya bilmirlər. Ona görə ödənişsiz yerlərin sayının çox olmasını dəstəkləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm