DİM: "I ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq"

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.