Ekspert deputatları "ortaq məxrəcə gətirdi”: “Qəbul müsabiqə yolu ilə olsa...”
Banuçiçək Kalbalıyeva
14:42 31.05.2021
Elm və Təhsil
1055
Milli Məclisin deputatı Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. K.Cəfərov açıqlamasında dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bildiyini deyib:
"Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır. Statusdan asılı olmayaraq, mən özümü xalqın xidmətçisi hesab edirəm. Həmkarımın isə fərqli düşüncəsi ola bilər. Digər tərəfdən, dövlət qulluğuna qəbul zamanı test imtahanın əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtı ilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub. İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğa bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu, dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər".
Qeyd edək ki, Q.Həsənquliyev Milli Məclisin iclasında həmkarı K.Cəfərova irad tutub. O, K.Cəfərovu deputatla dövlət qulluqçusunun funksiyalarını bilməməkdə ittiham edib.
Təhsil eksperti Elçin Əfəndi dövlət qulluğuna qəbul qaydaları barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Fikrimcə, “Yüksəliş” proqramı üzrə keçirilən imtahanlar məqsədəuyğundur. Və qəbul qaydaları gələcəkdə bir az da təkmilləşdirilmək şərti ilə indi olduğu kimi qalmalıdır. Qəbul birbaşa müsabiqə yolu ilə olsa, korrupsiya hallarına daha çox rast gəlinəcək. Ümumiyyətlə, bilik və bacarıq yoxlanılmadan işə qəbul özü korrupsiyaya yol açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya