Elə gənc müəllimlər var sinfi idarə edə bilmir
Elə gənc müəllimlər var sinfi idarə edə bilmir
Yusif Nəzərli
18:30 29.04.2023
Elm və Təhsil
750
Sertifikasiya olduqca lazımlı və yerində bir prosedurdur
Kamran Əsədov: “Müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir”
Təhsilin hər üç pilləsində ciddi problem var. Nazirlik bu sahələrin idarə edilməsində öz funksiyasını tam yerinə yetirmir.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib. Proseslərin çox ləng getdiyini vurğulayan deputat qeyd edib ki, fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, hesab edirəm ki, ciddi işlər görülməyib: “Sertifikatlaşdırma məsələsinə gəlincə, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir”.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında sertifikasiyanın olduqca lazımlı və yerində bir prosedur olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasiyası keçirilir.
Azərbaycan müstəqilliyini əldə edəndən sonra keçid dövrü problemini yaşadı. Bu, təhsil sahəsinə də təsirsiz qalmadı. İqtisadi böhran və işsizlik həmin dövrdə çoxlarını yeganə çıxış yolu kimi təhsilə gətirdi. Beləliklə, əsl peşəkarlarla yanaşı, çoxsaylı təsadüfi insanlar da təhsilə üz tutdu: “2014-2019 -cu illərdə mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçirilib. Məqsəd Azərbaycanın pedaqoji heyətində əsl bilikli, peşəkar müəllimlərlə digərlərini saf-çürük etmək idi. Diaqnostik qiymətləndirmə birmənalı qarşılanmadı. Az bal toplayanlar bu proseduranın mükəmməl olmamasından şikayətləndilər. Praktika göstərdi ki, heç də bütün yüksək bal toplayanlar real fəaliyyətdə, istehsalat prosesində peşəkar olmur, bəzi hallarda sinfi-şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar.
Bir sözlə, diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi biliklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini yoxlaya bilmədi. Sertifikasiya isə diaqnostik qiymətləndirmə formatında deyil. Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiya daha geniş formatdadır. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.
Deputatın “universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir” iradına gəldikdə isə K.Əsədov deyib ki, müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir: “Bu gün universitetlərimizdə bəzi fənlər həm müəllimlər, həm də tələbələr tərəfindən qulaqardına vurulduğu üçün gənc müəllim sinfi idarə edə bilmir. Təkmilləşdirmə müəssisələrinin də birincilik verdiyi kurikulum üzrə tədris bacarıqlarının inkişafı olduğu üçün müasir şagirdlə necə dil tapmaq, ona necə yanaşmaqla bağlı bacarıqlar aşılanmır. Ona görə də müəllim imici zəifləyir, pis müəllim obrazı formalaşır və müəllim-məktəb mövzusu gündəmdən düşmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya