
Elmi tədqiqatçılar indidən Xankəndinə cəlb edilməlidir -Şərh
09:58 04.12.2023
Elm və Təhsil
566
Doktorantura səviyyəsi üçün bu aydan Qarabağ Universitetində plan yeri açılmalıdır.
“2024-cü ilin sentyabr ayında Qarabağ Universitetinin fəaliyyətə başlaması təkcə təhsil üçün yox, Qarabağ bölgəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekpert həmçinin 2024-cü ilin sentyabr ayına qədər görülməsi zəruri olan işlərdən danışıb:

“ Bilirəm ki, müvafiq dövlət qurumları bu istiqamətdə işlər görəcək, lakin mən də kömək edəcək təklifləri verməyi düşünürəm.
Hörmətli Elm və Təhsil Naziri Emin Əmrullayev son mətbuat konfransında ilkin mərhələdə fəaliyyətinə başlamağı planlaşdırılan ixtisasları açıqladı. Bu ixtisaslar isə bakalavr pilləsinə qəbul olmaq üçün idi. Ancaq bakalavriat səviyyəsində tədrisin təşkili üçün orada lazımı kadr potensialı olmalıdır. Düşünürəm ki, cari ilin doktorantura səviyyəsi üçün elə dekabr ayında Qarabağ Universitetinə plan yeri açmaq və elmi tədqiqatçıların indidən ora cəlbini təşkil etmək hədəflənməlidir.
Bundan sonra bakalavr pilləsinə qəbula qədər magistratura pilləsinə qəbul həyata keçirilməlidir ki, ən kiçik qruplarda tədrisin təşkili ilə mövcud resursları toplamaq mümkün olsun. 4 gündür ki, Xankəndi Pedaqoji İnstitutunun infrastruktur və resurslarını erməni mənbələrindən çox yaxından araşdırıram. Sonuncu dəfə bu universitetdə 3 min tələbə təhsil alıb. Universitetin yaxşı yataqxanası, kitabxanası, kompüter otaqları, laboratoriyası və online-distant tədrisin təşkili üçün avadanlıqları var.
Bizim görməli olduğumuz işlər əsasən orada kitabxana fondunun tamamilə yenilənməsi, yataqxana infrastrukturunda kiçik təmir işlərinin görülməsi və laboratoriyaların yenilənməsi istiqamətində olmalıdır”.
K. Əsədov onu da deyib ki, Xankəndi Pedaqoji İnstitutu Azərbaycanın mülkiyyətidir, 1969-cu ildən 1988-ci ilə qədər təhsil alan tələbələrin, professor müəllim heyətinin böyük əksəriyyətini Azərbaycanlılar təşkil edib. Oranın hər daşı, taxtası, şüşəsi, mismarı bizim halal materiallardır:
“İnşallah ki, 2024-cü ildə Qarabağ Universitetinin auditoriyalarından yenidən Azərbaycanlı tələbələrin səsləri gələcək, onların oradan fotolarını, videolarını bəyənəcəyik, görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm