Əməkdar artistdən nazirə:“Şahmat məktəb proqramına daxil edilsin”
Yusif Nəzərli
13:28 28.04.2023
Elm və Təhsil
723
“Hörmətli Elm və Təhsil Naziri, uzun illərdir, Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram”.
“Sherg.az” xəbər verir ki, bu sözləri instaqramda Əməkdar artist Bəhram Bağırzadə qeyd edib.
Evin damında şahmat oynayan uşaqların fotosunu paylaşan aktyor bu fikirləri yazıb:
“Bizim böyük şahmatçılarımız olub, var və olacaq. Amma biz irəli getmək istəyiriksə, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, şahmat kimi bir fənn lazımdır! Təəssüf ki, bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb.
Bizim “qonşularımız” isə çoxdan şahmatı məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər.
Bunu etməsək də, hər şeyə rəğmən, hər il yeni, istedadlı şahmatçılarımız gəlir! Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!?
İlk addımı - E2-E4 etdim. Necə deyərlər, ağlar başlayır və qalib gəlir! Şəkil yarım saat əvvəl Bakı şəhərinin həyətlərindən birində çəkilib, burada bir müddət əvvəl şahmat məktəbi yerləşirdi və indi ətriyyat mağazasına çevrilib. Ona görə də gözəl bakılı uşaqlarımız metal qarajların damında şahmat oynamalı olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya