Gələcəkdə bütün imtahanlar elektronlaşdırıla bilər
08:47 09.05.2024
Elm və Təhsil
678
Yəni resurs, avadanlıq və təhlükəsizlik baxımından Dövlət İmtahan Mərkəzinin imkanları genişdir
Dövlət İmtahan Mərkəzinin yeni elektron imtahan korpusunda hər gün iki növbə olmaqla, təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, indiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilib: “Keçən il təxminən 7 min şəxs elektron imtahanlarda iştirak edib. Bundan sonra həmin rəqəmlər dəyişəcək. Dövlət qulluğu və işə qəbul imtahanları bundan sonra elektronlaşdırılacaq.
İlkin mərhələdə bu il üçün kontingenti iki mindən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə düşünülür. Bir il ərzində kontingenti 10 mindən az olan bütün imtahanların hamısı elektron şəkildə burada keçiriləcək. Yalnız regional bölmələrlə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradıb çalışacağıq ki, daha kütləvi imtahanları elektron formata keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası burada başlayacaq”.
Təhsil eksperti Elşən Qafarov isə “Sherg.az"a açıqlamasında deyib ki, DİM-in mövcud maddi-texniki bazası hazırda imtahanların elektron qaydada keçirilməsinə imkan verir:
“Məleykə xanımın açıqlamasını mən də dinlədim və bu addımı alqışlayıram. Hesab edirəm ki, dövlət qulluğu və işə qəbul imtahanlarının elektronlaşdırılmasına çox böyük ehtiyac vardı. Hətta deyərdim bir az da gecikmiş qərardır. İmtahanların kütləvi elektronlaşdırılması üçün Dövlət İmtahan Mərkəzinin kifayət qədər maddi-texniki bazası var. Yaxın gələcəkdə abituriyentlərin buraxılış və qəbul imtahanlarının da elektron keçiriləcəyinə ümid edirəm. Yəni resurs, avadanlıq və təhlükəsizlik baxımından Dövlət İmtahan Mərkəzi bu imtahanları təşkil edə bilər.
Nümunə üçün deyim ki, Elm və Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbul İmtahanı və Sertifikasiya imtahanlarını elektron qaydada həyata keçirir. İmtahanların elektronlaşmasının üstünlüyü isə ondan ibarətdir ki, elektron qaydada imtahan keçiriləndə kompüterdə həmin dəqiqə cavablar çıxır, iştirakçılar imtahan bitən kimi göstərdikləri nəticəni öyrənə bilirlər. Bu da əlavə suallar və narazılıqların qarşısını alır. İmtahanların artıq elektron variantda keçirilməsi insanların kütləvi şəkildə kompüterdən işləmə bacarıqlarını və vərdişlərini də artıracaq. Bu baxımdan təqdirəlayiq hal kimi qiymətləndirirəm. İmtahanların elektron keçirilməsi beynəlxalq standartların da əsas tələblərindən biridir. Dünyanın nüfuzlu universitetlərinə qəbul və imtahanlar elektron variantda həyata keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm