"Heydər Əliyev ili"nə həsr olunmuş tədbir...
Yusif Nəzərli
07:58 26.04.2023
Elm və Təhsil
753
2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində keçirilən tədbirlər davam edir. Sherg.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəb də bu siyahıya aiddir. Məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdləri "Ulu öndərin yolu ilə" şüarı altında aylıq plana uyğun olaraq ardıcıl tədbirlər keçirirlər.
İlin ilk tədbiri 19.01.2023-cü il tarixində keçirilmiş, aylıq plana uyğun olaraq görüləcək işlər barədə məlumat verilmiş, şagirdlər arasında iş bölgüsü aparılmışdır.
20.02.2023-cü il tarixində 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdlərinin iştirakı ilə Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans keçirilmişdir.
Üçüncü aylıq plana uyğun olaraq 27.03.2023-cü il tarixində növbəti konfrans keçirilmişdir. Azərbaycanın böyük oğlu, ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə, adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan söhbət aparılmışdır.
Keçirilən tədbirlərin dördüncüsü 20.04.2023-cü il tarixinə aiddir. Sözügedən tarixdə "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu kimi" mövzusunda konfrans keçirilmişdir. Xb sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin prezidentlik dövründə gördüyü işlər, atdığı əhəmiyyətli addımlar barəsində müzakirələr aparılmışdır. Nigar Məmmədova Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının qurucusu kimi millətinə, dövlətinə göstərdiyi yüksək səviyyəli xidmətlərini xatırladaraq ,saymaqla bitməyən faydaları haqqında konfrans iştirakçılarına maraqlı faktlar əsasında məlumatlar verərək müzakirələr aparmışlar. Şakirdlər öz növbəsində Ümummilli lider Heydər Əliyev haqqında əldə etdikləri bilgiləri təqdim etmişlər.
Xb sinif şagirdlərinin iştirakı ilə keçirilən konfransda məktəb rəhbərliyi, fənn müəllimləri və digər sinif şagirdləri də iştirak etmişlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol