“Kənd məktəblərinə üz tutan müəllimlərin əmək haqları artırılsın”
Yusif Nəzərli
12:15 05.11.2021
Elm və Təhsil
781
Azərbaycanda xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və yaxud digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləğinin 2,3 dəfə artırılaraq 22 manatdan 50 manata çatdırılması nəzərdə tutulub. Bu məsələ, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50 faizi artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.
Əksər hallarda müəllimlərin müəyyən səbəblərdən kənd məktəblərində işləmək istəmədiyinin şahidi oluruq. Bu qərar həmin müəllimlərə seçimlərinin dəyişməsində nə dərəcədə stimul ola bilər?
Sualımızı cavablandıran təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a rayon məktəblərində işləməyə gedən müəllimlər üçün “H2” əmsalının hesablandığını bildirib:
“Yəni mövcud əmək haqqının ikiqatı veriləcək. İndiki qərara əsasən orada qalacaq müəllimlərə veriləcək kirayə haqqının və əlavə xərclərin miqdarı artdı. Bu artım da gələcəkdə müəllimlərin növbəti Müəllimlərin İşə Qəbul(MİQ) imtahanlarında rayonlarda yaradılmış vakant yerləri seçiməsinə mühüm tövhə verəcək. İndiyə qədər daha çox Bakı və Bakı ətrafı vakant yerlər seçilirdi. Ucqar dağ kəndlərində olan məktəblərə maraq göstərilmirdi. Düşünürəm ki, bu qərardan sonra həmin yerlərdən üç vakant yer çıxarılsa, onun biri, ikisi seçiləcək. Bu qərar sırf onların yaşam şəraiti, kirayə xərcləri ilə bağlıdır”.
Ekspert tədris üçün kənd məktəblərinə üz tutan müəllimlərin əmək haqlarında da artımın olmasının vacib olduğunu vurğulayıb:
“Bu, onların gələcəkdəki seçimlərinə daha effektiv təsir göstərər.Ümid edirəm ki, Təhsil Nazirliyi və ya digər qurumlar bu haqda da qərar qəbul edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial