Maaş azdır! – “Kişi müəllimlər məktəbdən çıxıb, repetitorluq edirlər”
Yusif Nəzərli
14:29 28.12.2021
Elm və Təhsil
637
Dekabrın 27-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Cari məsələlərlə bağlı çıxış edən deputatlar bəzi aktual məsələlərə toxunublar. Millət vəkili Məlahət İbrahimqızı məktəblərdə qadın müəllimlərin çoxluğuna narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu gün orta məktəblərdə müəllimlərin mütləq əksəriyyəti qadındır.
Oxşar fikirləri təhsil naziri Emin Əmrullayev də səsləndirib. Nazir vurğulayıb ki, qadın müəllimələrin sayı çoxdur. E.Əmrullayevin fikrincə, kişi müəllimlərin sayının artırmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan məktəblərdə müəllimlərin 71 faizini xanımlar, 29 faizini isə kişilər təşkil edir.
Kişi müəllimlərin az olmasının səbəblərini “Sherg.az”a açıqlayan təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu məsələ diqqət mərkəzində saxlanılır:
“Həqiqətən də kişi müəllimlərin məktəbdə sayı azlıq təşkil edir. Lakin bu statistika yalnızca Bakı şəhəri üçün keçərlidir. Regionlarda belə bir problem, demək olar ki, yoxdur.
Bir sıra ekspertlər təhsil müəssisələrində kişilərin qadınlardan az olmağının səbəbini gender bərabərsizliyi ilə, əməkhaqqı ilə əlaqəndirirlər.
Bu məsələdə maddiyyat əsas faktordur. Görünür ki, məktəb müəllimlərinə verilən əməkhaqları qane etmədiyi üçün repetitorluqla məşğul olurlar.
Ümumilikdə isə təhsil işçilərinin əməkhaqlarının artırılması istiqamətində müvafiq addımlar atılıb. Gələcəkdə Milli Məclisdə kişiləri müəllim olmağa stimullaşdıran qərarlar qəbul ediləcək”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm