
Məktəbdən kursa qaçan şagirdlər: Harmoniya lazımdır!
14:40 17.07.2023
Elm və Təhsil
992
Valideyn heç bir halda təhsildən kənarda qalmamalıdır “Şagirdlərin öyrənmə prosesində müəllim bir havaya oynayır, valideyn isə başqa havaya oynayır” 
“Bakı şəhər təhsil idarəsi çox maraqlı layihəyə başlayıb. Valideynlər üçün “Yay məktəbi”nə start verilib. İctimai Şura olaraq Məktəb Ailə və İcma konsepsiyası baxımından da valideynlərin məktəblə münasibətlərinin doğru qurulmasının nə qədər önəmli olduğunu görürük”. Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Onun sözlərinə görə, paytaxtdakı məktəblərdə BŞTİ-nin təşəbbüsü ilə reallaşdırılan valideynlər üçün "Yay məktəbi"nin təşkilində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etməkdir: “Həmçinin yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.“Yay məktəbi”nin proqramına əsasən, təqdim olunan “Övlad-valideyn münasibətləri” mövzusunda psixoloji-interaktiv iş, sual-cavab sessiyaları da valideynlər tərəfindən maraqla qarşılanır”.

Təhsil eksperti Qoşqar Məhərrəmli isə “Sherg.az"a açıqlamasında şagirdlərin öyrənmə motivasiyasının artırılmasında valideynlərin rolunun əhəmiyyətli olduğunu deyib.
Onun sözlərinə görə, məktəbin və təlim-tədris prosesinin ən önəmli subyektlərindən biri valideyndir: “Valideyn heç bir halda təhsildən kənarda qalmamalıdır. Şagirdlərin öyrənmə prosesində müəllim bir havaya oynayır, valideyn isə başqa havaya oynayır. Harmoniya olmayanda isə şagirdlər fərqli yönlərə istiqamətlənir. Belə ki, müəllimlər şagirdlərin akademik bilgilərlə yanaşı, sosial yöndə də istiqamətini vaciv hesab edir, valideynlər isə buna ehtiyac görmür. İsrarla uşaqlarının akademik yöndə inkişafını vacib hesab edir. Bu halda da şagirdin tədris prosesi uğurlu alınmır. Valideynlər elə bilir ki, uşaq nə qədər çox oxusa, o qədər çox bilikli olacaq. Halbuki bəzən bu, əks nəticə də verə bilir. Bunu isə valideynlərə məktəb-müəllim izah etməlidir. Nəticədə isə məktəbdən kursa, kursdan-kursa, dərsdən-dərsə qaçan şagirdlər nə fiziki, nə də mənəvi inkişafına vaxt ayıra biləcək, sosial mühitdən kənar qalacaq. Bu mənada məktəblə valideyn arasındakı qarşılıqlı münasibətlərin təkmilləşdirilməsini təqdirəlayiq hal hesab edirəm. Sadəcə, “yay məktəbi”ndə yox, məktəbdə keçirilən müxtəlif məzmunlu tədbirlərdə də valideynlərin iştirakını vacib hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya