Sosioloq: “Məktəbli formalarının 4 müxtəlif rəngdə təklif edilməsinin özü “vahid məktəbli forması” anlayışını kölgədə qoyur”
Nazirlik rəsmiləri təzadlı açıqlamalar verir
Yusif Nəzərli
13:45 06.06.2023
Elm və Təhsil
559
“Vahid məktəbli forması haqqında qərar varsa, tövsiyə xarakterli nə deməkdir, məktəblər özü seçsin, nə deməkdir?!”
Sosioloq: “Məktəbli formalarının 4 müxtəlif rəngdə təklif edilməsinin özü “vahid məktəbli forması” anlayışını kölgədə qoyur”
Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib. O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi:
"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, "forma istəmirik". Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq". Elnur Əliyev qeyd edib ki, növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək: "Məktəblərin artıq böyük hissəsi forma seçimi edib. Konkret saylar tədris ilinin sonunda açıqlanacaq. Qərarda açıq-aydın qeyd olunub ki, formalarla bağlı yekun qərarı məktəblərin pedaqoji şuraları verməlidir. Məktəblər özlüyündə kifayət qədər müstəqil qurumdur. Sadəcə, biz tövsiyə edirik ki, məktəblilərin formada dərsə gəlməsi daha müvafiqdir". Şöbə müdiri həmçinin əlavə edib ki, artıq məktəbli formaları ilə bağlı istehsalçı müəssisələrə məlumatlar verilib: "Nə qədər məktəbin seçim etdiyi, təxminən nə qədər şagirdin forma alacağı öz əksini tapıb. İstəyirik ki, valideynlər almaq istədikdə rahatlıqla formanı tapa bilsinlər".
Xatırladaq ki, yeni, vahid məktəbli formalarına keçid haqqında Baş nazir Əli Əsədov 17 mart 2022-ci il tarixli qərar imzalayıb. Nazirliyin şöbə müdirinin dediyinə görə, valideynlər tədris ilinin başlanğıcında uşaqlarına məktəbli forması almışdılar deyə, yeni geyimlərlə bağlı məcburiyyətə gedilməyib. Kərbəlayi İsmayıl demişkən: “Həə, deməli, mənə (bu situasiya üçün valideynlərə) hörmət eləyiblər. Mənə belə hörmət lazım deyil!”. İndi valideynlər də belə deyir yəqin; vahid forma hər 3 ildən bir dəyişəcəksə, bizə belə hörmət lazım deyil. Bir də ki, 3 ildən bir dəyişəcəyi gözlənilən məktəbli formasının daha harası “vahid” oldu?!.
Məsələ ilə bağlı ictimaiyyət nümayəndəsinin fikrini öyrənməyi vacib bildik. Sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rəsmilər biri-birini təkzib edən açıqlamalar verir:
- Baxın, nazirlik rəsmilərinin verdiyi açıqlamalar üst-üstə düşmür. Birinin söylədiyi, digərinin dediyini təkzib edir. Həm vahid məktəbli forması olmalıdır, deyirlər, həm də seçimi məktəblərin öhdəsinə verir, hətta “məktəb deyə bilər ki,biz forma istəmirik. Burada heç bir məcburiyyət olmayacaq”, söyləyirlər. Görün, necə təzad var. Vahid məktəbli forması haqqında qərar varsa, tövsiyə xarakterli nə deməkdir, məktəblər özü seçsin, nə deməkdir?! Söhbət vahid məktəbli formasından gedirsə, onun 4 müxtəlif rəngdə olmasının özü gülüncdür və standartlara ziddir. Yeni məktəbli formalarının 3 ildən bir məktəblərin pedaqoji şuralarında müzakirəyə çıxarılacağı və dəyişdiriləcəyi valideynləri ən çox narahat edən məsələdir. Niyə bu məsələni pedaqoji şuralar müzakirəyə çıxarmalıdır? Məktəbli formasını şagirdə pedaqoji şura üzvləri almır, valideyn alır. Valideynin haqqıdır bilsin ki, 3 ildən sonra övladının məktəbli forması dəyişəcək, ya yox. Nə bilək pedaqoji şuradakılar bir rəngi, özlərinə xoş gələn başqa bir rənglə dəyişməyəcək? Bir məsələ ki həm müəllim, həm də valideynlərin iştirakı ilə həllini tapır, o məsələnin həllində də hər iki tərəf iştirak etməlidir. Mən verilişlərin birində nazirliyin rəsmisinə bununla bağlı sual da verdim, cavab ala bilmədim. Məlumdur ki, bir çox ailələr böyük övladın geyimini kiçiyə geyindirir. Məktəbli forması da belədir. Əgər forma keyfiyyətlidirsə, səliqə ilə geyinilibsə, onu böyükdən sonrakı övlad da geyinə bilər. Amma məktəbli formalarının hər 3 ildən bir dəyişməsi ailələrin əlindən bu imkanı alır. Valideyn məcbur qalır növbəti uşağa da yeni məktəbli forması almağa. Məktəbli formalarının 4 müxtəlif rəngdə təklif edilməsinin özü “vahid məktəbli forması” anlayışını kölgədə qoyur. Ümumiyyətlə, bu məsələdə anlaşılmazlıq var və hesab edirəm ki, məktəbli formalarıyla bağlı doğru olmayan mexanizm tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq