Nazirlik son sözü dedi
Nazirlik son sözü dedi
Yusif Nəzərli
15:26 26.05.2023
Elm və Təhsil
734
Bütün şagirdlər məktəbə yeni geyim formalarında getməlidir
Elçin Əfəndinin sözlərinə görə, sonuncu geyim formasının üçillik olması valideynlər üçün maddi baxımdan yaxşı haldır
Yeni tədris ilindən etibarən şagirdlərin ümumi təhsil müəssisələrinə məktəbli formasından fərqli geyimdə getməyinə icazə verilməyəcək. 2022-2023-cü tədris ilində əvvəlki geyim formalarında gələn şagirdlərə güzəşt edilsə də, cari dərs ilində bütün şagirdlərdən məktəbə yeni geyim formalarında gəlmələri tələb ediləcək.
Hər il məktəbli formalarının yenilənməsi ilə bağlı qərarların verilməsinin xoşagəlməz olduğunu vurğulayan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, sonuncu geyim formasının üçillik olması valideynlər üçün maddi baxımdan yaxşı haldır: “Bilirsiniz ki, əvvəlki tədris illərində hər il məktəbli formalarının yenilənməsi ilə bağlı qərarlar verilir, bu da haqlı olaraq valideynlər arasında narazılıqla qarşılanırdı. Ötən il verilən qərarla formaların üç ildən bir dəyişilməsi öz təsdiqini tapdı. Bu nöqteyi-nəzərdən sözügedən qərarı müsbət qiymətləndirə bilərik ki, ən azı şagirdlər bu il aldıqları formanı gələn il də geyinə biləcək. Hətta keçən ildən öz övladları üçün məktəbli forması alan valideynlər bu il həmin xərcdən azad olacaq.
Qeyd etdiyim kimi, Nazirlər Kabinetinin vahid məktəbli geyimləri ilə bağlı müvafiq Qərarı 2022-2023-cü tədris ilindən tətbiq edilməyə başladığı üçün ötən il yeni formanı alan şagirdlər bu il də həmin geyimdən istifadə edə biləcəklər”.
Ekspertin sözlərinə görə, hazırda formalarla bağlı qabardılan məsələ qiymətlərlə bağlıdır. Yaxşı olardı ki, qiymətlər hamı üçün əlçatan olsun. Ölkəmizdə bu dəstləri almağa yetməyəcək qədər maddi vəziyyəti aşağı olan ailələr var: “Məsələn, bir nəfər övladını məktəb geyimi ilə təmin etmək üçün 20-30 manat xərc çəkməyi düşünürsə, formalara qoyulan qiymət buna imkan verməyəcək. Bilirsiniz ki, vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Əhalinin gəlirlərinin azaldığı və xərclərinin artdığı dövrdə məktəbli formalarının bu qədər baha olması düzgün deyil. Ya formalarla bağlı məcburiyyət aradan qaldırılmalıdır, ya da qiymətlər hamının cibinə uyğun məbləğə satılmalıdır. Ötən il vahid məktəbli formaları ilə bağlı güzəşt olduğu üçün maddi durumu aşağı olan valideynlər övladlarını köhnədən qalan geyimlə yola saldılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət