Qəbul imtahanlarına bıçaq və qumbaranın keçirilməsi həqiqətdir
Yusif Nəzərli
13:40 18.03.2023
Elm və Təhsil
1159
Bu kimi halların açıqlanmaması isə valideynlərdə və cəmiyyətdə təşviş yaratmamaq üçündür
Elçin Əfəndi: “Hətta sonuncu, 12 mart tarixində keçirilən qəbul imtahanında belə əvvəlki il məzunu olan 3 nəfər binanın arxa pəncərəsindən otağa daxil olaraq, imtahanın gedişatını pozmağa cəhd göstəriblər”
“Sosial şəbəkələrdə şagirdlər tərəfindən paylaşımlar edilir. İmtahandan öncə kim hansı zala düşüb, bir-birilərini tapırlar ki, köməkləşsinlər”. Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu paylaşımlardan DİM-in də xəbəri var: “Bizim nəzarətçi müəllimlər artıq əvvəldən bilirlər ki, hansı zalda, hansı imtahan binasında necə problemlər ola bilər. Onlar imtahana hazırlıqlı daxil olurlar. İmtahan zalına müxtəlif əşyalar, daha çox telefon keçirmək istəyənləri müşahidə etmişik. Hətta bıçaq, qumbara keçirmək istəyənlər də olub. Bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlar əvəzinə, bizi qınamağa cəhd edirlər”.
Təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, sosial şəbəkələrdə Məleykə Abbaszadənin sözlərinin lağ-lağıya çevrilməsi və qeyri-ciddi qəbul edilməsi doğru yanaşma deyil. Təhlükəsizlik nöqteyi-nəzərindən bu məsələ kifayət qədər ciddidir. Ekspertin sözlərinə görə, bu, abituriyentlər imtahana niyə qumbara aparır məsələsi deyil. “İmtahan zalına hansısa alətlər, bıçaq və qumbara keçirmək istəyənlər olub” deyəndə söhbət imtahan verən şagirdən yox, abitruyent adı ilə binaya daxil olmağa çalışan təxribatçılardan gedir: “Qəbul imtahanlarına bıçaq və qumbaranın keçirilməsi hər nə qədər cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, bunlar həqiqətdir. Hətta sonuncu, 12 mart tarixində keçirilən qəbul imtahanında belə əvvəlki il məzunu olan 3 nəfər binanın arxa pəncərəsindən otağa daxil olaraq, imtahanın gedişatını pozmağa cəhd göstəriblər. Bu kimi halların açıqlanmaması isə valideynlərdə və cəmiyyətdə təşviş yaratmamaq üçündür. İmtahanlarda kütləvilik çox olur. 50400 nəfər abitruyent iştirak edirdi. Bu isə o deməkdir ki, bir imtahan binasında 800-900 uşaq imtahan verir. Ona görə də təxribatçılar üçün imtahan binaları əlverişli mühit olur. Məhz bu kimi təxribatların qarşısını almaq üçün də Dövlət İmtahan Mərkəzi müvafiq qurumlar ilə birgə işləyir. Xüsusi mühafizə və hüquq-mühafizə orqanları tərəfindən imtahan keçirilən binalarda yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm