Regiondan təhsil almağa gələnlərin sayı azalır
Yusif Nəzərli
21:24 07.02.2023
Elm və Təhsil
760
Yataqxana və kirayə mənzil ciddi problemdir
Bu gedişlə qarşıdakı illərdə qız uşaqları arasında ali təhsillilərin faizi çox aşağı düşəcək
Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ali məktəblərə qəbul olanlar arasında region sakinlərinin azlıq təşkil etməsi probleminə toxunub. A.Paşayev bildirib ki, ali məktəblərə qəbul olanlar arasında paytaxt sakinləri üstünlük təşkil edir. Onun sözlərinə görə, hər il regionlardan ali məktəblərə qəbul olanların sayında azalma müşahidə edilir. A.Paşayev əsas səbəb kimi regionlarda müəllim çatışmazlığını göstərib:
“Regionlar arasında Oğuz, Qəbələ, Gədəbəy rayonlarından qəbul sayı yüksəkdir. Amma ümumi qəbul sayının aşağı düşməsi müəllim çatışmazlığı ilə əlaqədardır. Məsələn, Şəkinin Kiş kəndində bir qız həkim olmaq istəyirdi, sınaq imtahanlarında 500-dən çox bal toplayırdı. Tibb Universitetinə qəbul olub ödənişsiz təhsil almaq üçün azı 650 bal lazımdır. O xanım kənddə kimya müəllimi olmadığı üçün hazırlaşa bilmirdi. Fitri istedadlı, maddi vəziyyəti aşağı olan savadlı şagirdlər var. Biz bu kreditlər vasitəsilə onların təhsil almasına şərait yaradır, nəticələrin yaxşılaşdırılmasına çalışırıq”.
Regionlardan paytaxta ali təhsil ardınca gələnlərin say azlığı yalnız müəllim çatışmazlığıyla bağlıdırmı? Suala cavabında təhsil problemləri üzrə ekspert Elçin Əfəndi səbəbin bir deyil, bir neçə olduğunu bildirdi:
- Müəllim çatışmazlığı səbəblərdən yalnız biridir. Ali təhsil ocaqları əsasən paytaxtda cəmlənib. Mərkəzləşmə Bakı şəhərindədir. Bu amil Bakı və Bakıətrafı qəsəbə və bölgələrdə yaşayanların ali təhsil alması üçün daha əlverişli şərait yaradır. Mərkəzdə və mərkəzə yaxın bölgələrdə məskunlaşanların hazırlıq kurslarında iştirakı üçün də daha münbit şərait var.
Hazırlıq kursları da çoxdur, tədris mərkəzləri də. Ucqar yerlərdə isə məlum məsələdir ki, imkanlar məhduddur. Səbəblərdən biri yuxarı siniflərdə şagirdlərin təhsildən yayınmasıdır. Xüsusilə cənub, qərb və Aran bölgəsində qız uşaqları valideynləri tərəfindən erkən nikaha cəlb edilir.
Bu problem bütün ölkəni əhatə edir, amma cənub bölgəsində daha qabarıqdır. Bunun qarşısı hələ ki, heç bir vasitəylə alınmır. Bu gedişlə qarşıdakı illərdə qız uşaqları arasında ali təhsillilərin faizi çox aşağı düşəcək. Həmçinin oğlan uşaqları da IX sinifdən orta məktəbi tərk edir, bəziləri kolleclərə daxil olur, peşə təhsilinə istiqamətlənirlər. Peşə təhsili yönümlü kolleclərdə oğlanların sayı daha çoxdu. Ümumiyyətlə, istər qızlar, istərsə də oğlanlar arasında kolleclərə qəbulda artım müşahidə edilir. Bunun da səbəbləri var. Valideyn düşünür ki, X-XI siniflərdə övladını normal şərtlər daxilində oxuda bilməyəcək.
Çünki repetitor qəbuluna getmək üçün əlavə vəsait lazım olacaq. Məktəbin digər əlavə xərclərindən qurtulmağın yolunu IX sinifdən orta təhsildən ayrılmaqda görürlər. Başqa bir səbəb yataqxana və kirayə mənzil problemidir. Əksər ali məktəblərin yataqxanası yoxdur deyə regiondan gələnlər məcburdur mənzil kirayələsin. Kirayə qiymətləri baha olduğu üçün hər ailənin buna maddi imkanı çatmır. Təkcə kirayə pulu deyil, ali təhsil alan gəncin başqa maddi ehtiyaclarının ödənməsi də çətindir. Əgər məzun ödənişli ixtisasa qəbul olunubsa, 3 min – 3500 manat ödəniş edilməlidir. Çoxunun buna maddi imkanı çatmır.
Kolleclərdə ödənişli təhsil 500-800 arası dəyişir. Övladının evdən, ailədən kənarda qalmasını istəməyən, bunu qəbul etməyən valideynlər də var. Bütün bu səbəblər cəm halında ali təhsil ocaqlarında regionlardan gələn tələbələrin sayının azalmasına gətirib çıxarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət