
“Səhiyyə rüşvət, təhsil rüşvət, doğulmaq rüşvət, ölmək rüşvət...
08:08 16.09.2021
Elm və Təhsil
766
Rumiyyə Miraslan:“Sistemdə olmayan muəllimin sinfinə valideyn uşağını necə qeydiyyata sala bilər?!”
Kamran Əsədov: “Elektron portal açılan kimi həmin müəllimlər qısa müddət ərzində uşaqları siniflərinə qeydiyyatdan keçirirlər”
Jurnalist Rumiyyə Miraslan Azərbaycan təhsil sistemindəki nöqsanlarla bağlı Feysbuk hesabında paylaşım edib. O qeyd edib ki, nə qədər islahatlar aparılsa da, korrupsionerlər həbs olunsa da, heç nə düzəlmir, murdarlar əməllərini davam etdirirlər:
“Bu ilin yanvar ayında qardaşımın oğluna məktəb axtarırdıq, məlum oldu ki, seçdiyimiz 76 nömrəli məktəbdə yaxşı müəllimlərin sinfinə düşmək üçün qabaqcadan pul yığılır. Direktor Nəsimi Quliyevlə danışdım, vəziyyəti ərz etdim. bildirdi ki, elə bir şey yoxdur, uşağı məktəbəhazırlığa qəbul onlayn aparılır, özümüz məktəb və muəllim seçməliyik. Avqustun 12-si qəbul başladı, sistemdə iki sinif vardı, Türkan muəllim və vakant sinif. Vakantda kimin olduğunu bilmədiyimiz üçün Türkan muəllimi seçdik. İki gün əvvəl ərizəni çap edəndə baxıram ki, uşağın müəllimi dəyişib, sistemdə adı olmayan bir müəllimin sinfinə yazıblar. Və bu barədə də heç bir məlumat verilməyib bizə. Direktorla danışıram, deyir ki, uşaq çox olub, əlavə sinif açılıb və 6-7uşağı (yəni pul verməyənləri) həmin sinifə yerləşdiriblər. Bunu da Təhsil İdarəsinin etdiyini iddia edir. Təhsil İdarəsi isə qeyd edir ki, bizlik deyil, valideyn edib. İndi mən sual edirəm, sistemdə olmayan muəllimin sinfinə valideyn uşağını necə qeydiyyata sala bilər?
Bəsdir insanların hisslərini, əsəblərini tarıma çəkdiniz, nə qədər şikayət edəcəyik axı! Səhiyyə rüşvət, təhsil rüşvət, doğulmaq rüşvət, ölmək rüşvət. Düşmənisiz bu millətin, damarınızda erməni qanı axır? Sizin ucbatınızdan övladlarımızın təhsildə təməlini niyə rüşvətlə qoymalıyıq? Az öncə Təhsil İdarəsində bu işə baxan Namiq Ağayev əlləm-qəlləm işlərinə görə uzaqlaşdırıldı axı vəzifəsindən. Niyə onun aqibəti sizlərə dərs olmur?!!!”

Məlum faktla bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbəhazırlıq qruplarına qeydiyyat mərkəzləşmiş elektron portal vasitəsilə həyata keçirilir:
“Əvvəl valideynlər övladlarını məktəbə qoymaq üçün direktorun, müəllimin yanına gedirdilərsə, artıq proses onlayn qaydada, kənar müdaxilə olmadan, şəffaf şəkildə həyata keçirilir. Yəni hazırda heç kim deyə bilməz ki, məktəbəhazırlıq qruplarına qəbul bu və ya digər yollarla reallaşdırılır”.
Ekspert həmçinin vurğulayıb ki, bir çox hallarda valideynlər hazırlıq qrupu yaxud da ibtidai sinif müəllimləri ilə öncədən razılığa gəlirlər:
“Onların sənədləri həmin məktəb, müəllim tərəfindən yığılır. Şəxsi kabinet laboranta və ya digər texniki işçiyə verilir. Elektron portal açılan kimi həmin müəllimlər qısa müddət ərzində uşaqları siniflərinə qeydiyyatdan keçirirlər və bu zaman valideynə elə məlumat verirlər ki, sanki bu qabaqcadan həll olunub, amma belə deyil. Daha sonra başqa bir valideyn müraciət edəndə görür ki, artıq müəllimin sinfi dolub”.
K.Əsədov onu əlavə edib ki, birinci siniflərə, məktəbəhazırlıq qruplarına qəbul zamanı qeyri-şəffaflıq birmənalı şəkildə mümkün deyil:
“Bunu heç kim edə bilməz. Çox təəssüflər olsun ki, bəzi məktəb və müəllimlər elektron xidmətlərdən sui-istifadə edərək bu hallara yol verirlər.
Məktəbəhazırlıq qrupuna getməyən uşaqlar üçün də birinci sinfə qəbulla bağlı heç bir problem yoxdur. Həmin valideyn birinci sinifdə istədiyi məktəbə övladını qoya biləcək. Orada nə direktorun, nə də müəllimin hər hansı bir səlahiyyəti var”.
Sücayət Mehti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm
Günün qoroskopu: Riskli maliyyə addımlarından uzaq durun
08:48 06.08.2026
Sosial
“Daha 17”də yeni sima
07:51 06.08.2026
Şou