Son 20 ildə ali məktəblərə qəbul olunan tələbələrin sayı üç dəfə artıb - Nazir
08:58 21.10.2023
Elm və Təhsil
805
Ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artıb, cari ildə 65760 nəfər təşkil edib. Həmin dövrdə təhsil alan tələbə sayı isə təxminən 2 dəfə artaraq 120 mindən 220 minə çatıb.
Trend xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir diqqətə çatdırıb ki, dövlətimizin başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.
Son illərdə dövlət sifarişi yerlərinin sayı 50 faizə çatdırılıb, tələbə təqaüdləri ardıcıl olaraq artırılıb və akademik nailiyyətlərlə uzlaşdırılıb. 2014-cü ildən ali təhsil sahəsində yeni məzmun və tədris texnologiyaları əsasında “SABAH” layihəsinin həyata keçirilməsinə başlanılıb. Son 5 ildə “SABAH” qruplarını 5814 məzun bitirib və onların uğurlu karyera inkişafı müşahidə edilməkdədir.
“Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Kredit Fondu yaradılıb, bu günədək 24 mindən çox tələbənin təhsil haqqı ödənilib”, - deyə Emin Əmrullayev qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region