
Təcrübə ilə bağlı yeni qayda: Tələbələr daha məsuliyyətli olmalıdır
13:26 30.01.2024
Elm və Təhsil
1107
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, yeni qaydalar bu ilin sentyabr ayının 15-dən tətbiq olunacaq. Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub. Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər. Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib. Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir. Qeyd edək ki, bu qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu gözlənilən bir qərar idi:

"Təəssüflər olsun ki, bəzi universitetlərdə təcrübələr formal xarakter daşıyır. Ona görə də bu istiqamətdə müəyyən bir tədbir görmək lazım idi. Xüsusən də tələbənin əmək fəaliyyətinin təcrübə komissiyası tərəfindən təcrübə kimi tanınması çox təqdirəlayiq addımdır. Gələcəkdə tələbə əmək fəaliyyətinə başlayan zaman bu staj kimi yazılacaq. Bu addım istehsal təcrübəsini formallıqdan xilas edir. Doğrudur, bəzi tələbələr bundan narazı qalacaqlar. Çünki onların əksəriyyəti özünü çətinə salmaq istəmir və əyləncəyə meyl edirlər. Ancaq bu qaydalar onu göstərir ki, artıq tələbə istehsalat təcrübəsində də məsuliyyətli olmalıdır. Xarici ölkələrdə istehsalat təcrübəsi ilə bağlı məsələlər də əsaslandırılıb. Təbii ki, bu yeniliklər dünya universitetlərinin bir çoxunda həyata keçirilən nümunələrdir. Arzu edərdik ki, təcrübə keçmiş tələbələrə müəssisə tərəfindən maddi yardım edilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya