
Təhsildə monitorinq vacibdir! – Bəzi direktorlar qanunu “çeynəyirlər” – CƏZA!
Yusif Nəzərli
10:34 28.04.2023
Elm və Təhsil
841
“Təhsil prossesinin daha şəffaf və ideal həyata keçirilməsi üçün monitorinqlər arzuolunandır”. Bunu “Sherg.az”a təhsil üzrə ekspert Elçin Əfəndi 18 məktəb direktoru, 14 bağça müdirinin işdən azad edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müvafiq istiqamətlər üzrə nəzarət həyata keçirilməlidir:
“Ölkəmizdə 4440-dan çox təhsil müəssisəsi fəaliyyət göstərir. Burda, əlbəttə, hər zaman nəzarət tələb olunur. Bəzi məktəblərə təəssüf ki, direktor təyin olunmayub. Düşünürəm ki, həmin ərazilərdə direktorların işə qəbulu həyata keçirilib, təyinat verilməlidir. Ancaq mövcud vəziyyətə baxsaq, uzun müddətli işləyən direktorlar var ki, fəaliyyətlərində bir çox nöqsana rast gəlinir.

Tədris-pedaqoji sənədləri düzgün tərtib olunmur. Əmək müqavilələrində pozuntu halları olur. Elə məktəb direktoru var ki, müəyyən şəxsləri işə götürmək adı altında əmək haqlarını mənimsəyirlər. Bəzilərinin isə prosesdən xəbəri yoxdur. Qeyri-qanuni görülən işlər məhz həmin məktəb dirktorlarının əmək məcəlləsinə xitam verilməsi ilə nəticələnir. Bu kimi addımlar intensivləşdirilməlidir. Qanunsuzluğa yer verən şəxslər vəzifəsindən azad edilməlidir ki, təhsildə qanunsuzluq etmək istəyənlər görüb nəticə çıxarsın. Nəticə etibarı ilə bu, sağlam mühitin formalaşmasına xidmət edə bilər. Prosses tam şəkildə təhsil müəssisələrini əhatə etdikdə, düşünürəm ki, yüksək effek əldə edə bilərik”.
Ekspert son olaraq onu da qeyd edib ki, qanunsuzluq edən şəxsləri təhsildən uzaqlaşdırmaq vacibdir:
“Çünki qeyri-qanuni işlər edən, qanunu təbliğ edə bilməz. Daha ciddi və məsuliyyətli şəxsləri prossesə cəlb etməliyik.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm