
“Təhsildə regional idarələr korrupsiyaya yol açacaq”
Yusif Nəzərli
12:18 21.12.2021
Elm və Təhsil
609
“Baxmayaraq ki, Bakıda müəllimlərin işə qəbul prosesində rüşvət hallarına çox da rast gəlinmirdi, amma bu işin region idarələrinə tapşırılması rüşvəti hallarını daha da artıracaq”
“Regional təhsil idarələrinin yaranması məktəblərdə icra başçılarının müdaxiləsini azaltmayacaq”
“Nə qədər ki, məktəblərdə seçki qutuları var, icra başçılarının məktəblərə müdaxiləsi danılmaz olacaq”
Azərbaycanda rayon təhsil şöbələri ləğv edilib. Onların əvəzinə 12 regional idarə yaradılıb. “Sherg.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ötən gün sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil nazirliyinin Xızı, Dağlıq Şirvan, Daşkəsən, Qarabağ, Tovuz, Xaçmaz, Astara,Mərkəzi Aran, Mil – Muğan, Zaqatala, Şərqi Zəngəzur, Şirvan – Salyan regional idarələri yaradılıb.
Bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcəkdə bir sıra səlahiyyətlərin regional təhsil idarələrinə verilməsi nəzərdə tutulur:
“Onlar bu funksiyaları düzgün yerinə yetirməyə hazır olduqda, məsələn müəllimlərin işə qəbulunun və digər vəzifələrin həyata keçirilməsinin yerlərə verilməsini həyata keçirəcəyik”.
O qeyd edib ki, regional təhsil idarələrinin yaradılması uzunmüddətli dövrdə qeyri-mərkəzləşdirməni həyata keçirməyə imkan verəcək.

Nazirin fikirlərini “Sherg.az”a şərh edən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, regional idarələrin yaradılması heç də təhsili prioritet sahəyə çevirmək üsulu deyil:
“Bu idarə ümidli təsisat deyil. Düşünürəm ki, yeni qərar iqtisadi xarekter daşıyır. Bu qərarla müəyyən qədər maliyyəyə qənaət etmək istəyirlər. Ayrı-ayrı şöbələrə sərf olunan maliyyənin yarısına qənaət olunacaq”.
Ekspert düşünür ki, rüşvət hadisləri yenə də olduğu kimi qalacaq:
“Təhsildən rüşvəti yox etmək xəyalları yoxdur. Bunun öz əsasları var. Təhsili azad etmək lazımdır. Əgər təhsil azad deyilsə, onun siyasi asılığı varsa, heç vaxt o, korrupsiyadan uzaq olmayacaq”.
N.Qulamoğlu regional təhsil idarələrinin gələcəyi barədə də danışıb:
“Hesab edirəm ki, onların gələcəyi necə təmin olunmasından asılıdır. Region idarələri yalnız mərkəzdə fəaliyyət göstərsələr, bu, effektiv olmayacaq. Tutaq ki, Lənkaran region idarəsi yalnız Lənkəranda fəliyyət göstərirsə, Lerikdə və yaxud başqa rayonlarda təhsilə nəzarət etmək çox çətin olacaq. Düşünürəm ki, bu idarələrin bölmələri yaradılarsa, nisbətən köhnə nəzarəti bərpa etmək olar”.
Ekspert müəllimlərin işə qəbul prosesinə gələcəkdə regional idarələrin həyata keçirməsinə də öz münasibətini bildirib: “Mən bu addımı neqativ dəyərləndirirəm. Baxmayaraq ki, Bakıda müəllimlərin işə qəbul prosesində rüşvət hallarına çox da rast gəlinmirdi, amma bu işin region idarələrinə tapşırılması rüşvəti hallarını daha da artıracaq”.
N.Qulamoğlu vurğulayıb ki, regional təhsil idarələrinin yaranması məktəblərdə icra başçılarının müdaxiləsini azaltmayacaq:
“Nə qədər ki, məktəblərdə seçki qutuları var, icra başçılarının məktəblərə müdaxiləsi danılmaz olacaq. Ümumiyyətlə, ölkədəki siyasi iqlim dəyişməyincə, icra başçılarının müdaxiləsi davam edəcək”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou