Tələbələrdən COVİD-19 pasportu tələb olunacaq: "Əks halda isə..."

Məlum olduğu kimi, ölkədə vaksinasiya prosesi yüksək sürətlə davam edir. ADİU-nin rektoru Ədalət Muradovun bu günlərdə tələbələrə peyvəndlənmə ilə bağlı çağırışı beyinlərdə müxtəlif suallar yaradıb: Bir neçə ay sonra tələbələrdən COVİD-19 poasportu tələb olunacaq?

Bəs bu sənədi olmayanların taleyi necə həll ediləcək?



Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında həmin sualları cavablandırdı:

“Yoluxmaların azaldığını və vaksinasiya prosesinin uğurla davam etdiyini nəzər alsaq, fikrimcə, sentyabrdan etibarən ali məktəblərdə əyani dərslər bərpa olunacaq. Amma tələbələrdən COVİD-19 pasportunun istəniləcəyini istisna etmirəm. İndi 18 yaşdan yuxarı işçilərdən həmin sənəd tələb edilir. Deməli, tələbələrə şamil olunması da mümkündür. Ən azından ona görə ki, ali məktəblərdəki sıxlıq yoluxmanı yenidən artıra bilər. Dediyim kimi, dərslər yalnız əyani qaydada başlayacağı təqdirdə tələbələrdən pasport istənilməlidir. Əks  halda isə bu, məntiqli olmaz”.