
Yeni peşə təhsili ixtisasları:“Bu sahələrdə iş də var, pul da...”
Yusif Nəzərli
13:33 15.10.2021
Elm və Təhsil
879
“Nazirlər Kabinetinin peşə təhsil müəssisələrində yaradılan yeni ixtisasları əmək bazarında ehtiyac duyulan sahələrdir”
“Eyni zamanda həmin ixtisası bitirənlər birbaşa ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər”
Nazirlər Kabineti 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətinin “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları, eləcə də yeni “Kosmetologiya” ixtisas qrupu əlavə edilib.
Bundan başqa, “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqamətiin “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel ustası” ixtisası, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqamətinin “Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası, “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətinin “Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Üzümçülük və şərab ustası” ixtisası, “İnşaat və arxitektura” peşə istiqamətinin “İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilib.

Yaradılan yeni ixtisasları "Sherg.az"a dəyərləndirən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, peşə təhsili müəssisələri ali təhsil müəssisələrindən fərqli olaraq daha qısa müddət ərzində çevik əmək bazarına daxil olmağa imkan verir:
"Bu gün qəbul imtahanlarında yetərli bal toplamayanlar kənarda qalır. Peşə təhsili onların əmək bazarına daxil olması üçün ən yaxşı vasitədir. Nazirlər Kabinetinin Peşə təhsil müəssisələrində yaradılan yeni ixtisasları əmək bazarında ehtiyac duyulan sahələrdir. Həmin ixtisaslar üzrə həm iş yeri var, həm də gəlir imkanı yüksəkdir. Eyni zamanda həmin ixtisası bitirənlər birbaşa ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər. Bu mənada hesab edirəm ki, peşə təhsilinə maraq artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya