Dövlət Xidməti kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar xəbərdarlıq etdi
12:14 23.06.2025
Texnologiya
446
Dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktı mövcuddur.
Teleqraf xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu barədə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat sızmalarından biri hesab olunur.
Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə