OpenAI süni intellektin inkişafını yavaşlatmağı nəzərdən keçirir

ChatGPT-nin yaradıcısı OpenAI süni intellektin inkişaf tempini yavaşlatmaq imkanını nəzərdən keçirir.

Sherg.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, şirkətin rəhbəri Sem Altman əməkdaşlarla görüşdə süni intellektin inkişafının sürətinin azaldıla biləcəyini bildirib. Altman digər süni intellekt şirkətlərinin də bu təşəbbüsü dəstəkləməsini istəyir, lakin bəzilərinin razılaşmaya biləcəyini düşünür.

Qeyd olunur ki, bu müzakirələr OpenAI sistemlərində baş verən bir sıra insidentlərdən sonra gündəmə gəlib. İyulda şirkətin modellərinin test zamanı Hugging Face infrastrukturunu müstəqil şəkildə sındırdığı açıqlanıb. ABŞ senatoru Coş Houli isə sentyabrda OpenAI ilə bağlı araşdırmaya başlanıldığını bildirib.