Erməni Qülbenkyan, Afrikalı mafioz və onun bəyanatına sevinən “5-ci kolon”

Son zamanlar Qərbdən Azərbaycana qarşı yeni kampaniyanın işartıları görünür.
ABŞ Dövlət Departamentində bəzi diplomatlar yeni kampaniyanı təşkil etməklə rəsmi Vaşinqtonun Cənubi Qafqazda strateji hədəflərini sabotaj etməklə məşğuldurlar. 
Bu sırada ən çox fəallıq göstərən isə ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmordur. O, ATƏT-in Daimi Şurasına müraciətində heç bir əsas olmadan Azərbaycanda repressiya məsələsini qaldırıb. Ondan sonra isə daim Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən HRW kimi beynəlxalq təşkilatlar növbəti dəfə kin püskürməyə başlayıblar. Bir sözlə, ənənəvi “demokratiya” ixrac edən institutlar yenidən danışmağa başlayıb.
Bundan həvəslənən Milli Şuranın  simasında 5-ci kolon da düşüb. 

Heç kimə sirr deyil ki, ABŞ-ın ATƏT-dəki səfiri müəyyən qüvvələrin təsir dairəsinə düşərək qərəzli mövqedən çıxış edir. İstər HRV-də, istərsə də Azərbaycana qarşı qərəzli mövqe tutan bir sıra beynəlxalq təşkilatlarda ayrı-ayrı şəxslər var ki, siyasi məhbus adından alver məqsədi üçün istifadə edirlər. Elə ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor da bu mövqedən çıxış edir. 

Bunlar anlamaq istəmirlər ki, pandemiyaya görə Azərbaycanda kimlərsə təqib olunmur, təzyiqə məruz qalmır. Ölkədə törətdiyi cinayətə görə cəza çəkənlər var. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı üçün qanun bərabərdir. O baxımdan, Azərbaycanla bağlı səsləndirilən tənqidi fikirlər əsassızdır. Yaxşı olardı ki, həmin səfir ABŞ-da yaşanan ədalətsizliklərə münasibət bildirsin. Hansı ki, ABŞ-da irqi ayrı-seçkilik hələ də var. 

Yeri gəlmişkən, ölkəmizə qarşı qərəzli mövqe tutanlardan biri də AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennakdır. Şennak “Amerikanın Səsi”nə müsahibəsi məntiqsiz məqamlarla doludur. O bildirir ki, bu gün Xalq Cəbhəsi Partiyasının yarısı həbs olunub. 
Ona AXCP-nin yarısını həbs olunması kimi absurd faktı kim ötürüb deyə bilmərəm, amma bu partiyanın sədri Əli Kərimlinin öz FACEBOOK səhifəsində bunu böyük həvəslə paylaşması da düşündürücüdür. On minlərlə üzvü olduğunu iddia edən Kərimli doğrudanmı anlamır ki, bu qədər cəbhəçi saxlanılmayıb? Hətta saxlanılanlar belə siyasi mənsubiyyətinə görə yox, etdiyi hərəkətə görədir. 

Bu isə İzabel Santuşdu. Avropa Parlamentinin "Sosialistlər və Demokratlar" (S&D) Qrupunun üzvü, Azərbaycan üzrə kölgə məruzəçi olan bu qadın Anqolanın keçmiş prezidenti Eduardu duş Santuşun qızıdır. O, ökəmizə qarşı artıq uzun illərdir ki, həyata keçirilən böhtan və qarayaxma kampaniyalarının başında gedənlərdəndir.
Və bu qadın beynəlxalq dairələrdə milyardlara sahib, korrupsiyaya bulaşmış, ac-yalavac anqolalılarını qanı-canı bahasına varlanmış harının birisidi. Çünki İzabel dus Santuşun erməni lobbisi ilə iş birliyini təsdiq edən növbəti sübutlar da ortadadır.



İzabel duş Santuş erməni iş adamı Qalust Qülbenkyan adını daşıyan fondla iş birliyindədir. Fond ermənilərin xaricdə fəaliyyət göstərən aparıcı lobbilərindən biri sayılır. O cümlədən Qalust Qülbenkyan fondunun baş ofisi İzabel duş Santuşun xüsusi önəm verdiyi və məskunlaşdığı Portuqaliyada yerləşir.

Yeri gəlmişkən, bu gün Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazisinə Suriyadan gətirilmiş ermənilərin yerləşdirilməsi, onlara evlərin tikilməsi, o cümlədən sosial infrastrukturların yaradılması kimi hallarda Qalust Qülbenkyan fondunun xüsusi canfəşanlıqları mövcuddur.

İzabel duş Santuşun yeni biznes maraqlarının təminatında bu erməni fondunun rol alması, eyni zamanda, Anqola prezidentinin zəngin qızının Avropa qurumunun kürsüsündən Azərbaycana qarşı təbliğat aparmasının heç də təsadüfi olmadığı bir daha sübuta yetirilmiş olur.
Əli Kərimli isə böyük həvəslə İzabelin hansısa bəyanatından məmnunluğunu gizlətmir…

Səbuhi Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu