Əbubəkr Qorxmaz: "Azərbaycan əsl qardaşlıq mövqeyini göstərdi"

Türkiyə qardaş Azərbaycanın dəstəyindən məmnundur.
Diaspor üzrə araşdırmaçı- ekspert Elnur Eltürk deyib ki,bu sözləri Türkiyə Dövlət İşçilərinin İnkişaf və Həmrəylik Cəmiyyətinin sədri Əbubəkr Qorxmaz bildirib.

"İki qardaş ölkənin bir-birinə dəstəyi göz qarşısındadır. Tovuz hadisələri zamanı Türkiyə birbaşa Azərbaycana öz dəstəyini göstərdi. Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın səfirinə dediyi sözlər, Türkiyədə böyük hörmət və sevgi ilə qarşılanmışdır. Sosial şəbəkələrdə böyük rezonans doğurub. Azərbaycan Prezidenti birmənalı Yunanıstan-Türkiyə arasında yaranan böhranda, Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan etdi. Bu əsl qardaşlıq və səmimi davranışdır. Bu dəstəyin beynəlxalq münasibətlərdə böyük rolu var".