Qafan yolunda erməni maşınına daş atacaq adam yoxdur


Ermənilərin şayiələrində iyrənc siyasi niyyət gizlənir

Erməni mediası günlərdir Qafan yolunda erməni seriyalı maşınların “azərbaycanlılar tərəfindən” daşlanması barədə məlumat tirajlayır. Qafan meri Gevork Parsyana istinadla verilən informasiya sosial şəbəkələrdə də geniş yayılmaqdadır. Guya, bu cür hadisələr David Bek-Şurnux yolunda baş verir. Azərbaycanın rəsmi qurumları həqiqəti əks etdirməyən xəbərlərlə bağlı dəfələrlə açıqlama versələr də, ermənilər israrla azərbaycanlılarla “yola getmədiklərini” əks etdirən xəbərlər yayırlar.

Yayılan məlumatın həyasız yalan olmasının sübutu odur ki, azərbaycanlılar hələ işğaldan azad edilən ərazilərə köçməyiblər, orada quruculuq işləri aparılmayıb və minalar təmizlənməyib. Yəni orda erməni maşınına daş atacaq adam yoxdur. 

Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, İkinci Qarabağ savaşından sonra erməni tərəfi dəfələrlə durumu gərginləşdirən şayiələr yayıb. Son xəbərlər də bu sıradandır. Partiya təmsilçisi qeyd edib ki, bəhs edilən bölgədə hələ Azərbaycanın mülki əhalisi məskunlaşdırılmayıb:

“Orada Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri durur. Azərbaycan əsgəri isə daş yox, silah atır. Hərbçilərimizin necə silah atdığını ermənilər daha yaxşı bilir. Belə yalanların yayılmasında bir neçə məqsəd ola bilər.

Amma uydurma xəbərləri yaymaq ilk növbədə erməni xislətindən, onların mahiyyətindən irəli gəlir. Ermənilər özləri haqda “yazıq”, “məzlum” toplum imici yaratmaq üçün hər cür yalan uydururlar.

Başqalarını da inandırmaqdan zövq alırlar. İndiki durumda isə yayılan şayiənin arxasında iyrənc siyasi niyyət gizlənir. Əvvəla, ermənilər bu kimi xəbərlərlə azərbaycanlıların sülhə qarşı olduqlarını, guya bizimlə birgə dinc şəraitdə yaşamağın mümkün olmadığını təlqin etmək istəyirlər.

Digər tərəfdən isə bu kimi yalanlarla Qarabağda rus sülhməramlılarının sayının artırılmasına nail olmağa çalışılar. Sərhəd bölgədə yayılan dezinformasiyaların məqsədi bunlardır”.