Görkəmli televiziya rejissoru dünyasını dəyişdi

Görkəmli televiziya rejissoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı Məhərrəm Bədirzadə 76 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb

Azərbaycanda teletamaşaların ilk nümunələrini yaradan sənətkarlardan biri olan Bədirzadə 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişi onun adı ilə bağlıdır: "Səhər görüşləri", "Dalğa", "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Günaydın", "Ocaq başı". "Sarı gəlin" televiziya filminə görə "Qızıl qılınc" mükafatı ilə təltif edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. "Qaçaq Süleyman", "Qaynana" əməliyyatı", "Bağdada putyovka var", "Mən sənin dayınam", "Gəlinlər", "Sonuncu şahid", "Sarı gəlin", "Təlatüm", "Dələduzlar" kimi 20-dən artıq film və teletamaşanın müəllifi olub

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb

Allah rəhmət eləsin!

Turan