Rusiya Azərbaycandan nə istəyir? - Bütöv Azərbaycanı




"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bütöv Azərbaycanı istəyir”.

Bunu Sherg.az-ın "Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün hansı şərtləri irəli sürə bilər” sualını cavablandırarkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Rusiya Dağlıq Qarabağ problemini Azərbaycanın müstəqil olmaması üçün yaradıb:

"Bu problemi Rusiya o zaman həll edə bilər ki, Azərbaycan bütövlükdə müstəqillikdən imtina etsin, Rusiyanın ərazisi olsun. O zaman Rusiya Azərbaycanın əvəzindən Qarabağı bizdən almaq istəyən istənilən dövlətlə müharibə edəcək”.

Aysel Aslan