Cəbrayılın anım günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olundu





Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğalından 25 il ötür.


"Sherg.az" xəbər verir ki, işğal günü ilə əlaqədar Cəbrayıl rayonundan olan bir qrup ictimaiyyət nümayəndəsinin yaratdığı Təşkilat Komitəsinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbirin əsas şüarı "Cəbrayılı unutmadıq", "Qarabağdır tələbimiz, reallaşsın qələbəmiz" olub.

Tədbirdə işğalı olunmuş rayonlıarın sakinləri, ziyalılar, ictimaiyyət nümayəndələri, eləcə də gənclər iştirak ediblər. Mərasimdə şəhidlərin qəbri ziyarət olunub, onların ruhuna dualar oxunub, məzarlarının üzərinə tər çiçəklər düzülüb.

Anım tədbirində ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və keçmiş döyüşçülər çıxış edərək, torpaqların işğal altında qalması ilə heç zaman barışmayacaqlarını vurğulayıb, bunun üçün hər an silaha sarılmağa hazır olduqlarını bəyan ediblər.