Yeni məktəbli formalarının tətbiq ediləcəyi TARİX təsdiqləndi

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq


Yeni vahid məktəbli forması ilə bağlı İşçi Qrupunun yaradıldığı təsdiqlənib. Sputnik Azərbaycan-a bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Xəbərdə bildirilir ki, vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək: "Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur. Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq".

Qeyd edək ki, vahid məktəbli formasının hazırlanması ilə bağlı Təhsil Nazirliyində İşçi Qrupun yaradılması barədə məlumatı Sputnik Azərbaycan Beynəlxalq Xəbər Agentliyi yaymışdı. Bu gün məlumat Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.