Məşhur yazıçı Makrondan və fransızlardan üzr istədi

Braziliyanın məşhur yazıçısı Paulo Koelyo Prezident Jair Bolsonarunun davranışına və Fransa Prezidenti Emmanuel Makronun ünvanına səsləndirdiyi sərt ittihamlara görə üzr istəyib.

Kult.az xəbər verir ki, Koelyo bu barədə Tvitter səhifəsində paylaşım edib.

“Bu video mənim fransız dostlarımdan yaranan böhrana, Bolsonarunun Fransaya, Prezident Makrona münasibətdə isterikasına görə üzr istəmək üçün çəkilib. Məni bağışlayın”, - Koelyo bildirib.

Qeyd edək ki, Bolsonaru bundan öncə Makronu Amazon meşələrindəki yanğınlarla bağlı səsləndirdiyi ifadələrə görə müstəmləkəçilikdə ittiham edib. Bununla bərabər o, G7-nin Amazon meşələrində yanğının söndürülməsi üçün ayırdığı 20 milyon avronu qəbul etməkdən imtina edib.