DİQQƏT!– Uşaqlarınızı smartfonlardan uzaq tutun! – Əsəb və dil pozğunluğu yaradır

Uşaqların məktəbə getməzdən əvvəl səhər saatlarında televiziyalara baxması dil pozğunluğu yaradır.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki,  
Uşağın məktəbə getməzdən əvvəl səhər saatlarında ekranları seyr etməsi və məzmununu valideynləri ilə müzakirə etməsi ibtidai dil pozğunluğu riskinin 6 qat daha yüksək olması ilə izah olunur.

Fransada uşaqların 4-6 faizi ibtidai dil xəstəliklərindən, gecikmədən,  tez-tez tutulmadan, nevroloji disfonksiyon səbəbiylə yaranan dil qüsurlarından əziyyət çəkir. Bir sıra beynəlxalq tədqiqatlar göstərir ki, uşaqların mavi ekranları çox izləməsi dil pozğunluğuna əhəmiyyətli dərəcədə təsir göstərir.

Tədqiqatçılar göstərirlər ki, dil pozğunluğunu təkcə televizya deyil, smartfon, planşet və kompüterlərdəki bəzi videolar da yarada bilir.
Üstəgəl, həmin vasitələrdən çox istifadə edən uşaqlar ətrafındakılarla daha az təmasda olurlar. Və da az qarşılıqlı əlaqə yaradırlar.